Türkiyənin Ərzurum bölgəsində hazırlığını başa vurduqdan sonra təlim-məşq toplanışının ikinci mərhələsi üçün Sloveniyaya yollanan "Xəzər Lənkəran" daha bir transfer gerçəkləşdirib. Futbolinfo.az xəbər verir ki, cənublular Syerra Lyone millisinin üzvü Alfred Sanko ilə anlaşıb.
Əldə etdiyimiz məlumata görə, "ağ-yaşıllılar" 25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.
Maraq üçün bildirək ki, qaradərili futbolçu Türkiyənin PTT 1-ci Liqasında mübarizə aparan "Şanlıurfaspor"dan transfer olunub. O, buna qədər Afrikanın “Qambiya Ports Ousoriti”, “Old Edvardians”, Norveçin isə “Ullern", “Stromsqodset” komandalarında çıxış edib.
Qeyd edək ki, cənublular yay fasiləsində Aleksandr Şemonayev, Rəşad Sadiqov, Qalin İvanov və Fernandinyonu rənglərinə bağlaya bilib.