Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiç klubunu dəyişir. Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ilin iyun ayında "Orduspor"la 2 illik müqavilə imzalayan təcrübəli hücumçu hazırda PTT 1-ci Liqanın digər təmsilçisi "Bucaspor"a keçmək üzrədi.
Mənbədə qeyd olunur ki, Subaşiç Qara Dəniz təmsilçisində ötən mövsümdən qalan 100 min lirə borc və müqaviləyə əsasən klubdan alınacaq 100 min avrodan imtina edəcək. Forvard bu gün transfer kağızını alaraq, İzmirə gedəcək və "Bucaspor"la müqavilə imzalayacaq.
Qeyd edək ki, milliləşdirilmiş serbiyalı futbolçu 2007-2013-cü illər ərzində Azərbaycan yığmasında çıxış edib, müxtəlif klublarımızda top qovub.