"Xəzər Lənkəran"ın Sloveniya toplanışı çərçivəsindəki rəqiblərindən biri müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Oğuz Çətin yetirmələrinin gücünü Ukrayna Premyer Liqasında çıxış edən "Karpatı" ilə görüşdə sınayacaq.
 
Oyun iyulun 13-də keçiriləcək. Bu barədə "Karpatı"nın baş məşqçisi İqor Yoviçeviç klub saytına açıqlamasında məlumat verib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp