Almaniya nəhəngi “Bavariya” yeni qapıçı alıb. Futbolinfo.az xəbər verir ki, bu DÇ-2014-də Kosta Rika millisinin heyətinə inamlı çıxışı ilə seçilən Keylor Navasdı.
 
2012-ci ildən “Levante”nin qapıçısı olan oyunçunun keçidi “pivəçilər”ə 10 milyon avroya başa gəlib. Münhen klubu Navası qarşılıqlı razılıqla yox, müqaviləsindəki təzminat məbləğini ödəyərək alıb. Bu məbləğdən 2 milyon avro 27 yaşlı qapıçının özünə çatacaq.
 
Qeyd edək ki, Navası “Atletiko” və “Portu” da transfer etmək istəyirdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp