Braziliyalı futbolçu Dieqo Ribas bu gündən etibarən rəsmən “Fənərbaxça”nın futbolçusudu. Futbolinfo.az xəbər verir ki, dünən İstanbula gələn oyunçu tibbi yoxlamadan keçdikdən sonra bu gün “sarı-lacivərdlər”lə 3 illik sözləşmə imzalayıb.
 
Yarımmüdafiəçi əlavə gəlirlərlə birlikdə Türkiyədə illik 3.5 milyon avro qazanacaq.
Qeyd edək ki, Dieqo “Volfsburq”un futbolçusu olsa da, ötən mövsümü icarə əsasında “Atletiko”da keçirmişdi. Lakin daha sonra heç bir klub onunla müqavilə yeniləmək istəməmişdi. Bununla da Dieqonun “Fənər”ə keçidi havayı başa gəlib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp