Fransa nəhəngi PSJ müdafiəçisi Markinyosu satmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi uzun müddətdi arxasında olduğu "Barselona"ya keçməyə yaxındı.
 
Katalonlar 20 yaşlı futbolçuyla müqavilənin şəxsi detallarında razılığa gəlib. Komanda yaxın günlərdə transferi rəsmiləşdirmək istəyir. Fransız klubu isə "Barsa"dan 40 milyon avro tələb edir.
 
Qeyd edək ki, David Luizin gəlişindən sonra Markinyos PSJ-də əsas heyətə düşməkdə çətinlik çəkəcəyini nəzərə alaraq, özü də transferə razıdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp