Almaniyanın "Fortuna" (Düsseldorf) komandası növbəti yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası 3-cü liqa təmsilçisi "Proyssen"lə üz-üzə gəlib.
 
Qarşılaşma "Fortuna"nın 2:1 hesablı qələbəsiylə başa çatıb. Erat bu oyunun 69-cu dəqiqəsində əvəzlənib. Meydanı tərk etməzdən 3 dəqiqə öncə isə o, komandasına qələbə qazandıran qola imza atıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp