"Milan"ın yeni baş məşqçisi Filippo İnzaqi maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb. Futbolinfo.az xəbər verir ki, o, burada heç kimə bənzəmək istəmədiyini etiraf edib:
 
“Bu klub mənim həyatımdı. İnsanlar "Milan"ın nələr etdiyini unudub. Bu klub dünyanın ən uğurlu komandasıdı. Məşqçilik karyerasına başlayan hər kəs "Milan" və "Real" kimi komandalarda işləməyi xəyal edir. Mənim üçün ancaq "rossonyerlər" var. Klub üçün mümkün olan hər şeyi edəcəyəm. Özüm olmağa çalışacağam. Heç kimə oxşamaq istəmirəm. Ümid edirəm ki, hamı məni başa düşəcək. "Milan"ın təklifin qəbul edəndə komandadakı vəziyyəti və heyəti dəyərləndirdim, sonra qərarımı verdim. Mən bu kollektivə güvənirəm, əvvəlki gücümüzə qayıda bilərik".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp