Azərbaycan Kubokunun qalibi "Neftçi"nin UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya "Koper"inə qarşı keçirəcəyi oyunların günü və başlama saatı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bu komandalar arasındakı ilk oyun Bakıda keçiriləcək.
 
İyulun 17-də "Bakcell Arena"da baş tutacaq qarşılaşmaya saat 20:00-da start veriləcək.
 
Cavab görüşü isə iyulun 24-də Koperdəki "Bonifika" stadionunda oynanılacaq. Həmin matç Bakı vaxtı ilə 23:30-da başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp