UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində baş tutacaq Azərbaycan çempionu "Qarabağ"la Malta "Valletta"sı arasındakı ilk oyuna təyinatlar açıqlanıb. Futbolinfo.az xəbər verir ki, iyulun 15-də 21:30-da "Taqali"də baş tutacaq qarşılaşmanı isveçrəli Adrian Jakottet idarə edəcək.
 
Onun köməkçiləri Yohan Vogel, Stefan de Almeyda olacaq. Dördüncü hakim funksiyasını isə Sandro Şarer yerinə yetirəcək.
 
UEFA nümayəndəsi İtaliyadan olan Serxio di Sezare, hakim-inspektor isə Lüksemburqlu sabiq referi Alan Hamer təyin olunub. (klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp