Son Azərbaycan kubokunun qalibi "Neftçi" Avropa Liqasının ikinci təsnifat mərhələsində Sloveniya təmsilçisi "Koper"lə mübarizə aparacaq. Futbolinfo.az sizi həmin klubla yaxından tanış edir.
 
1920-ci ildə yaranan klubun tam adı "Koper" Futbol Klubudu və hazırda ona Ante Quberas rəhbərlik edir. Klub yaradılandan adı bir neçə dəfə dəyişdirilib. 1955-ci ildə "Avrora" və "Meduza" komandaları da ona birləşib və 1990-cı ildə "Koper Kapodistriya" adlanıb. 2002-də "Koper", 2003-də "Anet Koper" və 2008-ci ildən "Luka Koper" adlanıb. "Sarı-mavilər" matçlarını təmsil etdikləri şəhərin adını daşıyan və 4047 azarkeş tutumu olan "Bonifika" stadionunda keçirir. İtaliyalı Rodolfo Vanoli komandanın hazırkı baş məşqçisidi və 2012-ci ildən bu vəzifədədi.
 
Ölkənin əsas çempionatı olan "Prava Liqa"da "Koper" 1 dəfə (2009/10) qalib adını qazanıb. 2 dəfə isə (2007/08, 2013/14) komanda çempionatın gümüş mükafatçısı olub. "Sarı-göylər" 2 dəfə – 2005/06, 2006/07 mövsümündə ölkə kubokunun qalibi olublar.
 
Klubun avrokuboklardakı nəticələri də çox ürəkaçan deyil. Bu vaxta qədər 4 dəfə (2006/07, 2007/08, 2008/09, 2011/12) Avroliqanın birinci təsnifat mərhələsində mübarizə aparan komanda ancaq beşinci cəhdində, yəni bu mövsüm mərhələ adlaya bilib. Slovenyalılar Monteneqro "Çelik"ini üzərində qələbə (5:0, 4:0) qazanaraq, "Neftçi"yə rəqib olub.
 
"Koper" 2010/11 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanıb. Lakin ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulan komanda Zaqreb "Dinamo"suna (Xorvatiya) məğlub olaraq (3:0, 1:5), ÇL-lə vidalaşıb.
 
Bu mövsüm "Koper" 11 iyul tarixi üçün UEFA Avropa Liqasına 28 futbolçu təqdim edib:
 
Qapıçılar: 1.Ermin Hasiç, 12. İqor Neneziç, 25. Bojidar Radoşeviç (Xorvatiya);
 
Müdafiəçilər: 2. Yan Andreyasiç, 3. Miha Qreqoriç, 4. Denis Şme, 5. Miha Blajiç, 7. İviça Quberaç, 16. Denis Haliloviç, 27. Damir Hadjiç;
 
Yarımmüdafiəçilər: 6. Reya Matiç, 8. Urban Jibert, 11. Periça İvetiç (Bosniya və Herseqovina), 20. Domen Çrniqoy, 22. Patrik Posavaç, 23. Marko Kriviçiç, 29. Matey Palçiç, 33. Miroslav Çovilo (Bosniya və Herseqovina), 49. Matey Puçko;
 
Hücumçular: 9. Daniel Bradaskya (İtaliya), 10. Mitya Lotriç, 14. Qoran Qaleşiç (Bosniya və Herseqavina), 18. Leo Ştulaç, 19. Jiqa Smrtnik, 30. Yaka Ştromayer.
Shares: