Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis Braziliyada keçirilən dünya çempionatı ilə bağlı düşüncələrini bölüşüb.
O, ABŞ yığmasında Yurgen Klinsmanın köməkçisi vəzifəsində işini davam etdirib-etdirməyəcəyinə dair suala belə cavab verib:
"Mənim hələ Azərbaycan yığması ilə müqaviləm var. Hazırda bu komandaya rəhbərlik edirəm. Bizi AÇ-2016-nın seçmə mərhələ oyunları hazırlıq gözləyir. Bolqarıstan, İtaliya və Xorvatiya kimi komandalarla mübarizə aparacağıq. Kifayət qədər asan rəqiblərdi (gülür). Hər şeyi özünüz də görəcəksiz".