"Qalatasaray"ın yeni baş məşqçisi Çezare Prandelli gözlənilməz qərar verib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis komandanın kapitanı Sabri Sarıoğlunu Avstriyada keçiriləcək təlim-məşq toplanışı üçün heyətə daxil etməyib.
 
Dünən Avstriyaya aparacağı futbolçuların siyahısını klub prezidenti Ünal Aysala təqdim edən Prandelli rəhbərliyə Sabrini "Qalatasaray"da görmək istəmədiyini bildirib.
 
Qeyd edək ki, Sarıoğlunun İstanbul klubu ilə müqaviləsi 2014/15 mövsümünün sonu başa çatır.
Shares: