Bu dəqiqələrdə “Barselona”ya transferi rəsmiləşən Uruqvay millisinin hücumçusu Luis Suares transferi haqda ilk açıqlamasını verib. Futbolinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu “Liverpul”dan ayrılmağın onun üçün çox çətin olduğunu bildirib:
 
“Çox çətin bir qərar aldım. Buradakı tərəfdarlar və klub hər zaman ürəyimdə olacaq. Onları əsla unutmayacam. Həqiqətən çox çətin qərar aldım. İspaniyada yeni bir macəraya başlayıram. Həyat yoldaşımın ailəsinin yaşadığı İspaniyada oynamaq xəyallarımdan biri idi. Ümid edirəm ki, tərəfdarlar da mənə haqq verər. Komandaya və Brendan Rocersə uğurlar arzulayıram”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp