“Atletiko” David Vilya və Dieqo Kostadan sonra daha bir hücumçusunu göndərməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, Adrian Lopes “Portu”ya keçməyə yaxındı.
 
26 yaşlı futbolçunun artıq tibbi müayinə üçün Portuqaliyaya yollanıb. Tibbi müayinədən keçəcək Adrianın transfer qiymətinin 15 milyon avro olduğu bildirilir.
 
Forvard oyun praktikasının azlığına görə klubunu tərk etmək qərarına gəlib.
 
Əlavə edək ki, “Atletiko” “Bavariya”nın hücumçusu Mario Mancukiçi heyətinə qatıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp