Rusiya millisinin hücumçusu Roman Şirokov özünə yeni iş yeri tapıb. Futbolinfo.az xəbər verir ki, son olaraq “Zenit”də çıxış edən və müqavilə müddəti bitdiyi üçün Peterburq təmsilçisindən ayrılan Roman Moskva “Spartak”ı ilə müqavilə imzalayıb.
 
33 yaşlı futbolçu azad agent statusunda olduğu üçün onun keçidi paytaxt klubuna havayı başa gəlib. Hazırda zədəli olan oyunçu noyabrda meydanlara qayıdacaq.
 
Şirokov karyerasına digər Moskva klubu ÇSKA-da başlamışdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp