"Mançester Siti" rəhbərliyi komandanın istedadlı yarımmüdafiəçisi Samir Nəsri ilə olan müqaviləsini yeniləyib. Futbolinfo.az xəbər verir ki, 27 yaşlı futbolçunun "şəhərlilər"lə yeni sözləşməsi 2019-cu ilə qədər nəzərdə tutulub.
 
Daha öncə fransız yarımmüdafiəçinin yeni müqaviləyə əsasən məvacibinin azaldılacağı məlum olmuşdu: həftədə 200 min avrodan 150 min avroya qədər. Bu da UEFA-nın maddi feyr-pleyin qanunun pozulmasına görə, "Mançester Siti"yə qarşı mümkün sanksiyaları ilə bağlıdı. Odu ki,  Nəsrinin klub tərəfindən müəyyən bonuslarla mükafatlandırılması gözlənilir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp