Madrid "Real"ının lideri Kriştianu Ronaldo 2013/14 mövsümündə İspaniyanın ən yaxşı futbolçusu olub. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu mövsüm ərzində ən yaxşı oyun göstərən oyunçuya verilən Alfredo Di Stefano mükafatı uğrunda mübarizədə hamını qabaqlayıb.
 
O, ümumilikdə 35 səs toplayıb. "Atletiko"nun sabiq forvardı Dieqo Kosta 16 səslə ikinci pillədə qərarlaşıb. "Barselona"nın ulduz futbolçusu Lionel Messi cəmi 7 səs toplaya bilib.
 
Qeyd edək ki, Ronaldo ötən mövsüm Madrid klubu ilə İspaniya kuboku və Çempionlar Liqasını qazanıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp