2013/14 mövsümünün sonunda "Bakıdan" ayrılan Juninyonun (Xavyer Junior Vilson) futbolinfo.az saytına müsahibəsi
 
– Uzun müddət "Bakı"da çıxış etdiz. Klubdan ayrılmağınız necə oldu? Sizə yeni müqavilə təklif etmədilər?
– "Bakı"da xoşbəxt idim. Heç bir problem yox idi. Düşünürəm ki, orada çıxış etdiyim müddət ərzində işimin öhdəsindən layiqincə gəldim. Müqaviləm başa çatdıqdan sonra mənə yeni anlaşma təklif etmədilər. Mən də ayrıldım.
 
– Hazırda haradasız? Başqa klublardan yeni təkliflər almısız?
– Hazırda ailəmlə Sloveniyadayam. Düzdü, transfer təklifləri almışam və gələn həftə müqavilə imzalayacağıq.
 
– Təklif aldığınız klublar arasında Azərbaycan klubları da var?
– Xeyr, hələ ki, Azərbaycan klublarından təklif almamışam.
 
– Bəs Azərbaycan klublarından təklif alsaydız, yenidən Premyer Liqada çıxış emək istərdiz?
– Bəli. Niyə də yox? Orada olanda hər şey mənim üçün yaxşı keçdi.
 
– Azərbaycanla bağlı sizdə hansı gözəl xatirələr qalıb?
– Azərbaycan Kubokunun finalındakı "Neftçi" ilə oyunu heç vaxt unutmayacağam. Biz həmin mövsüm çox gözəl oyunlar keçirdik və sonda kuboku qazandıq. Azərbaycandakı karyeramda çox şey öyrəndim.
 
– "Bakı"dan başqa, digər komandalarımızın hansının oyunu xoşunuza gəlir? Onların hansında çıxış etmək istərdiz?
– Orada "Xəzər Lənkəran", "İnter", "Neftçi" və "Qəbələ" kimi güclü klublar var. Əgər bir klubun adını çəkməli olsam, o da "Qarabağ" olar. "Qarabağ"da oynamaq istəyərdim.
 
– Hazırda sabiq klubunuz "Bakı" böyük maliyyə çətinlikləri ilə üz-üzədi və dağılmaq təhlükəsi ilə qarşılaşıb…
– Bəli, onların problemlərinin olmasından xəbərim var. Amma tam dəqiqliyi ilə bilmirəm. Ümid edirəm ki, tezliklə hər şey qaydasına düşər və "Bakı" yenidən güclənər.
 
– "Bakı"nın sizə də borcu var?
– Bəli.
 
– Nə qədər?
– Bir neçə aylıq maaşım qalıb.
 
– Əvvəllər də belə maliyyə problemi ilə üzləşmişdiz?
– Orada olduğum ilk 2 ildə hər şey qaydasında idi və maaşlarımızı vaxtında ala bilirdik. Amma ötən mövsüm bu barədə problemlərlə üzləşdik.
 
– Ruslan Leviqa və Aleksandr Tamovski kimi futbolçular pullarını ala bilmədikləri üçün "Bakı"nı FİFA-ya şikayət ediblər. Sizin də elə etmək fikiriniz var?
– Açığı, hələ bilmirəm nə edim. Ümid edirəm ki, yaxın zamanda ödəyərlər.
 
– Siz də braziliyalısız. Millinizin Almaniya qarşısındakı böyükhesablı (7:1) məğlubiyyətini izlədinizmi? Sizcə, Braziliya yığmasına nə olmuşdi?
– Bəli, izlədim. Hələ də inana bilmirəm. O anı izah etmək çətindi. Düzünü desəm, Almaniya da yaxşı oynadı. Onlar hazırda çox güclüdülər. Fiziki, psixoloji olaraq yaxşı hazırlanıblar və meydanın hər yerində savaşırlar. Amma 7 qol vurulmasını heç vaxt qəbul etmək olaz.
 
– Qardaşınız Ademarın klubu "Tiraspol" da "İnter"lə mübarizədə məğlub oldu və mərhələ adlaya bimədi. Bu barədə nə deyə bilərsiz?
– Əslində, oyuna yaxşı başladılar və qol da vurdular. Amma penaltilər, qırmızı vərəqələr işi korladı.
 
ELMAR VƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp