İtaliyalı Nikola Ritsoli DÇ-2014-də Argentina və Almaniya yığmaları arasında keçiriləcək final matçının baş hakimi təyin olunub. Futbolinfo.az xəbər verir ki, bu barədə FİFA-nın vitse-prezidenti Cim Boys açıqlama verib.
 
O bildirib ki, ali futbol qurumu ən yaxşı oyunlara ən yaxşı hakimləri seçib. Nəticədə Ritsoli final matçını idarə edəcək. Bu təyinatı FİFA Hakimlər Komitəsinin sədri Massimo Buzakka da təsdiqləyib.
 
DÇ-2014-də Ritsoli qrup mərhələsinin İspaniya – Hollandiya (1:5) və Nigeriya – Argentina (2:3), habelə 1/4 finalda Argentina – Belçika (1:0) matçlarını idarə edib. İndi italiyalı referi Argentinanın 3-cü oyununda da ədaləti qoruyacaq. Halbuki dünya çempionatlarında 9 matç idarə edərək, rekordçu ünvanına sahib olmuş özbəkistanlı Ravşan İrmatovun da final matçına təyinat alacağı gözlənilirdi.
 
Qeyd edək ki, final matçı iyulun 13-də Bakı vaxtı ilə saat 24:00-da Rio-de-Janeyrodakı "Marakana" stadionunda baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp