Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” iyulun 15-də Maltada "Valketta"nın qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, ada klubunun prezidenti Viktor Skiriha ölkəsinin mətbuatına verdiyi açıqlamada "atlılar"ın güclü olduğunu bildirib:
 
"Qarabağ" kimi rəqiblə qarşılaşmada heç-heçə də pis nəticə deyil. Rəqibimiz 11 milyon avroluq illik büdcəyə malik güclü komandadı. Bundan başqa Azərbaycana səfər  bizim üçün çətinlik yaradır. Ancaq inanıram ki, futbolçularımız “Qarabağ”la oyunlarda əlindən gələni edib, uğur qazanmağa çalışacaqlar".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp