Argentina millisinin yarımmüdafiəçisi Anhel Di Mariyanın sabah DÇ-2014-ün finalında Almaniya ilə matçda oynayıb-oynamayacağı hələ də sual altındadı. Futbolinfo.az xəbər verir ki, 1/4 finalda zədələndiyi üçün yarımfinalı buraxan ulduz oyunçu zədəsinin bərpasında ciddi irəliləyiş olduğunu desə də, hər şey baş məşqçi Alehandro Sabelyanın qərarından asılı olacaq.
 
Di Mariya komandasının son məşqinin bir hissəsində də iştirak edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp