FİFA DÇ-2014-ün ən yaxşı futbolçusuna verilən “Qızıl Top” mükafatı üçün namizədləri açıqlayıb. Futbolinfo.az xəbər verir ki, siyahıya 10 oyunçu daxil edilib.
 
Maraqlısı budur ki, 10 futbolçu 5 ölkəni təmsil edir və siyahıda finalçı Almaniyanin 4 üzvü yer alıb.
 
“Onluq” belədi:
 
Anhel di Mariya (Argentina)
Mats Hummels (Almaniya)
Toni Kros (Almaniya)
Filipp Lam (Almaniya)
Lionel Messi (Argentina)
Neymar (Braziliya)
Xames Rodriqes (Kolumbiya)
Aryen Robben (Hollandiya)
Tomas Müller (Almaniya)
Xavyer Maskerano (Argentina)
 
"Qızıl top"un sahibi jurnalistlər arasında səsvermə yolu ilə müəyyənləşəcək.
 
Qeyd edək ki, mükafatı son olaraq Dieqo Forlan qazanıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp