Topaz Premyer Liqasının yeni mövsümünün püşkatma mərasiminin keçirilmə vaxtı bəlli olub. Futbolinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqası klub rəsmilərini iyulun 18-də bir araya yığacaq.
 
Bu barədə PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev saytımıza açıqlamasında bildirib. Onun sözlərinə görə, İçərişəhərdə, "Şah palas"da baş tutacaq tədbirdə püşkatma ilə yanaşı aprel və may ayının ən yaxşı oyunçuları da mükafatlandırılacaq. Həmin ərəfədə futbolçuların təlim-məşq toplanışında olduğunu nəzərə alan qurum nümayəndələri ola bilsin ki, mükafatı püşkatmaya təşrif buyuran klub rəsmilərinə təqdim etsin.
 
Qeyd edək ki, 2014/15 mövsümündə TPL-də 10 klub mübarizə aparacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp