Azərbaycan çempionu "Qarabağ"la Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaq "Valletta" heyətinə yeni futbolçular cəlb edib. Futbolinfo.az xəbər verir ki, adalılar 6 futbolçu ilə güclənib.
 
Bunlar qapıçı Niki Velya, müdafiəçi Rayan Kamiller, Hamed Alka-mal, hücumçu Adrian Zahra, mərkəz hücumçusu Rafael Kussonna və yarımmüdafiəçi Hüqo Fariadı.
 
Qeyd edək ki, "Valletta" – "Qarabağ" komandaları arasında ilk görüş iyulun 15-də Maltada, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp