Yeni mövsümə Türkiyədə hazırlaşan "Araz Naxçıvan" bu gün Ərzurum toplanışı çərçivəsində ilk sınaq matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Əsgər Abdullayev yetirmələrinin gücünü yerli "Samsunspor"la qarşılaşmada sınayıb.
 
Oyunda hesabı 40-cı dəqiqədə "Araz Naxçıvan" açıb. Fasilədən sonra isə Türkiyə klubu öz istəyinə çatıb. Öncə hesabı bərabərləşdirən samsunlular ardınca qələbə qolunu da vurublar. Nəticədə, Premyer Liqamızın debütantı toplanışa məğlubiyyətlə start verib.
 
Yoxlama oyunu
25 iyul
 
Araz Naxçıvan – Samsunspor – 1:2
Shares: