Növbəti mövsümün hazırlıqlarını Hollandiyanın Arnem bölgəsində davam etdirən "Qəbələ" ötən günü iki məşqlə tamamlayıb. Futbolinfo.az xəbər verir ki, günün birinci yarısında əsasən fiziki çalışmalara üstünlük verən komanda, günün ikinci yarısında taktiki və toplu məşqlər keçib.
Baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında baş tutan hazırlıq prosesi qapıya zərbələrlə tamamlanıb.
Xatırladaq ki, komanda bu gün toplanış çərçivəsində Hollandiyanın "Herenven" kollektivi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. (klub saytı)