AZAL heyəti gücləndirməkdə davam edir. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu növbəti transferini gerçəkləşdirib. Məşqçilər korpusunun rəğbətini qazanan braziliyalı Eduardo ilə rəsmi müqavilə imzalanıb.
 
Tam adı Eduardo da Konseysao Masyel olan hücumçu ilə 2 illik saziş imzalanıb. Maraq üçün Eduardonun 1986-cı ildə Braziliyada – Nova İquasua doğulduğunu, amma hazırda Polşa vətəndaşı olduğunu qeyd edək.
 
27 yaşlı forvardın karyerasına gəlincə, Braziliyanın “Korintians” klubunun yetirməsi doğma vətənində bu klubdan başqa, “Botafoqo”da çıxış edib. Üstəlik, o Yaponiyada “Naqoya Qrampus Eyt”, Almaniyada “Rot Vayss Alen" və “Proyssen TV Verl”, Polşanın “Stomil” klublarının formasını geyib. Sambaçının son klubu isə Liviyanın "Əl-Əhli Aley" komandası olub. (klub saytı)
Shares: