Futbol üzrə Avstriya Bundesliqasında 2-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Zalsburq" da növbəti oyununa çıxıb.
 
Komandamızın rəqibi səfərdə "Viner Noyştadt"la qarşılaşıb. "Zalsburq" bu komandanı 5:0 hesabıyla məğlub edib. Matçda hesabı 15-ci dəqiqədə Marsel Sabitzer açıb. 40-cı dəqiqədə qonaqlar azlıqda qalsa da, bu, "Qarabağ"ın rəqibinə darmadağınla qalib gəlməkdə problem yaratmayıb. 47-ci dəqiqədə Conatan Soriano hesab arasındakı fərqi artırıb. 53-cü dəqiqədə Kristian Şveqler, 55-ci dəqiqədə Kevin Kampl rəqib qapısından keçirilən növbəti qolların müəllifləri olublar. Oyunda son nöqtəni isə 75-ci dəqiqədə penaltidən fərqlənən Soriano olub – 5:0.
Xatırladaq ki, "Zalsburq" ilk turda "Rapid"i də 6:1 hesabıyla darmadağın etmişdi. Hazırda komanda 6 xalla turnir cədvəlinin lideridi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp