“Çelsi”nin baş məşqçisi Joze Mourinyo “Mançester Yunayted”in “Sautqempton”dan transfer etdiyi Lyuk Şouya yüksək məbləğdə pul ödəməsini yersiz sayıb. Futbolinfo.az xəbər verir ki, o, buna görə rəqibi tənqid edib: 
 
“19 yaşlı uşağa bu qədər pul verməzlər. Bu yaşında Şouya yüksək məbləğin verilməsi onun futbolçu həyatına məhv etmək deməkdi”.
 
“Mançester Yunayted”in baş məşqçisi Lui van Qalın cavabı isə gecikməyib: “Mourinyoya media önündə cavab vermək məcburiyyətində deyiləm. Bu fikirlərə görə, onunla təkbətək danışacam”.
 
"Qırmızı şeytanlar" Şounu 34 milyon avroya transfer edib. Müqaviləyə əsasən, 19 yaşlı futbolçu həftəyə 200 min avro qazanacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp