Xəbər verdiyimiz kimi, "Qəbələ" Hollandiya toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" yerli "Heerenven" kollektivi ilə üz-üzə gəlib. Komandamız meydana aşağıdakı start heyətlə çıxıb:
 
Anar Nəzirov, Nizami Hacıyev, Viktor Mendi, Cavid Hüseynov, Ruslan Abışov, Ruslan Tağızadə, Markinyos, Adrian Ropotan, Pavol Farkaş, Ürfan Abbasov, Aleksandru Benqa
 
Draxten şəhərində baş tutan oyun şəhər təmsilçisi "Draxster Boys" komandasının stadionunda keçirilib. Şəhər əhalisinin marağına səbəb olan matçı 2000-dən artıq azarkeş izləyib.
 
Matç bərabər mübarizə şəraitində keçib. İlk hissə ərzində hər iki tərəf hesabı açmaq üçün bir neçə əlverişli qol epizodu yaratsa da,  komandalar fasiləyə quru hesabla yollanıblar – 0:0.
 
İkinci hissəyə sürətli hücumlarla başlayan hollandiyalılar 47-ci dəqiqədə hesabda önə keçiblər. Van den Berq fərqlənib – 1:0. Oyunun qalan dəqiqələrində hesab dəyişməyib və "Qəbələ" Hollandiya toplanışının son oyununda minimal hesabla məğlub olub. 
 
"Qəbələ" bu gün – iyulun 27-də səhər məşqi ilə Hollandiya toplanışına yekun vuracaq və axşam saatlarında vətənə dönəcək. (klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp