Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Usim Ndukanın futbolinfo.az saytına müsahibəsi
 
– Mart ayından zədəlisiz və Bakıda müalicə alırsız. Bərpanız niyə belə uzun vaxt apardı?
– Zədəm barədə onu deyə bilərəm ki, tezliklə hazır olacağam. Həkimlər ciddi bir problemin olmadığını deyir. Sadəcə, bir az vaxt lazımdı ki, tam hazır durumda olum.  
 
– Ötən mövsüm “Simurq”da çıxış etdiniz. Yenə Zaqatala klubunda çıxış edəcəksiz?
– Açığını desəm, növbəti mövsüm “Simurq”da çıxış edəcəyimi düşünmürəm.  
 
– Bizdə olan məlumata görə, “Simurq” rəhbərliyi növbəti mövsüm üçün sizi komandada saxlamaq haqda düşünmür…
– Klubun nə düşündüyünü bilmirəm. Mən hazırda ən qısa zamanda yaşıl meydanlara qayıtmaq haqqında fikirləşirəm.  
 
– “Simurq”dan əvvəl Türkiyə PTT 1-ci Liqasında çıxış etmiziz. Oradakı klublardan təklif yoxdu?
– Bəli, Türkiyə klublarından təkliflər almışam. Amma menecerim onlarla lazımı səviyyədə əlaqə saxlaya bilmədi və onlar başqa futbolçularla müqavilə bağladılar.
 
– Bəs bizim yerli klublardan?
– Yerli klublardan təkliflər var. Amma ad çəkmək istəmirəm. Bakı klubundan təklif almışam. Sadəcə, tam sağalmağımı gözləyirəm. Əsas odu ki, tez hazır olum. O birisi məsələlər yoluna düşəcək.

ELMAR VƏLİYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp