Ukraynanın "Vorskla" klubunun prezidenti Oleq Babayev qətlə yetirilib. Futbolinfo.az xəbər verir ki, Ukrayna mətbuatının verdiyi xəbərə görə, əslən azərbaycanlı olan 49 yaşlı Babayev evinin yaxınlığında güllələnib.
 
Eyni zamanda Kremençuk şəhərinin də meri olan Babayev yaşadığı evin həyətində 3 güllə yarası ilə öldürülüb. Bəzi məlumatlara görə, mer evdən zibil atmaq üçün çıxıb. Bu zaman onun yanına yaxınlaşan ağ avtomobildən atəş açılıb.
 
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp