"Monako"nun hücumçusu Radamel Falkao "Real"a keçməyə yaxındı. Futbolinfo.az xəbər verir ki, Madrid klubu 12 milyon avro müqabilində onu icarəyə götürəcək. 1 ilin ardından isə "Real" 33 milyon avrosundan keçib Falkaonu satın ala bilər.
 
Hazırda knyazlıq klubu kolumbiyalı forvarda illik 14 milyon avro məvacib ödəyir. Falkao "Real"a transferini sürətləndirmək üçün məvacibində iki qat endirimə getməyə belə razıdı.
 
Xatırladaq ki, Falkaonun transferi onun zədəsi "transfer pəncərəsi" bitən günə kimi tam sağalarsa, baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp