Topaz Premyer Liqasında debüt edəcək "Araz Naxçıvan" hazırlıqlarını Ərzurumda davam etdirir. Futbolinfo.az xəbər verir ki, artıq "qırmızı-ağlar" iki yoxlama görüşü keçirib və hər iki matçda meydanı məğlub tərk edib.
 
Lakin hər iki görüşdə baş məşqçi Əsgər Abdullayev meydana fərqli heyət və fərqli taktika ilə çıxıb. Türkiyədəki hazırlıq və matçlar barədə baş məşqçi klubun rəsmi syatına açıqlamasında bunları dilə gətirib:
 
"Premyer Liqa 1-ci diviziondan çox fərqli olduğu üçün daim dəyişik heyətdən yararlanmaq lazımdı. Çempionatda çıxış edən komandaların oyun tərzi bir-birinə bənzəməyəcək. Odu ki, keçirdiyimiz yoldaşlıq oyunlarında futbolçuları, 5-6 taktiki sxemi yoxladım. Eyni zamanda heyətləri dəyişik olaraq meydana buraxdım. Bu yoxlama görüşləridi: qalib gəlmək və ya məğlub olmaq heç nəyi dəyişmir. Əslində, məğlub olmaq komandanı ayıldır, hansı mövqelərin zəif olduğu sezilir və bunlar üzərində çalışılır. Çempionatın başlamasına iki həftə var və bu müddət ərzində boşluqları doldurub oyunlara tam olaraq hazır çıxacağıq".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp