Topaz Premyer Liqasında 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" Türkiyənin Kartepe bölgəsində məşqlərini davam etdirir. Futbolinfo.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda ötən gün sonuncu yoxlama oyununu keçirib.
 
Sumqayıtlılar əvvəllər "Nebitçi" kimi tanınan, indi isə "Balkan" adlandırılan Türkmənistan təmsilçisi ilə üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Sumqayıt"dan yeganə qolu Məhəmməd Qurbanov vurub.
 
Xatırladaq ki, "Sumqayıt" ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib, Batumi "Dinamo"su ilə 2:2 hesablı heç-heçə ilə ayrılıb və sonuncu yoxlama oyunundan "Altın Asır"la sülh bağlayıb (2:2).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp