Növbəti mövsümdə Premyer Liqada çıxış edəcək “Araz Naxçıvan”ın uğur qazanacağı şübhə altındadı. Futbolinfo.az xəbər verir ki, komandanın yeni transferləri ardıcıll olaraq debütantən düşərgəsini tərk edir.
 
Əldə etdiyimiz məlumata görə Cahangir Həsənsadədən sonra Evin Əliyev də komandadan ayrılıb. Buna isə futbolçunun Naxçıvana uyğunlaşa bilməməsi səbəb göstərlir.
 
Maraq üçün bildirək ki, millimizin sabiq qapıçısı Cahangir də paytaxtdan uzaqda qala bilmədiyi üçün komandadan ayrılmışdı. Bundan sonra elə də ciddi transferlərlə yadda qalmayan klubun elitada uğur qazanması inandırıcı görünmür. Görünür Naxçıvan təmsilçisinin hay-küyü bura qədər imiş.
 
Qeyd edək ki, Elvin Əliyevlə Cahangir Həsənzadədən başqa, Fərif Quliyev də komandanın tərk edənlər sırasındadı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp