“Xəzər Lənkəran” növbəti mövsümün hazırlıqlarını Sloveniyada davam etdirir. Futbolinfo.az xəbər verir ki, cənublular ötən gün sözügedən ölkədə sonuncu yoxlama matçına çıxıb.
 
"Ağ-yaşıllar"ın rəqibi Rusiya Premyer Liqasına yenicə vəsiqə qazanmış “Arsenal” olub. Qarşılaşma cənubluların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Xəzər Lənkəran"ın qollarını Qalin İvanov və Mbilla vurub.
 
Xatırladaq ki, Oğuz Çətinin komandası bundan öncəki üç yoxlama görüşünün heç birində məğlub olmayıb. Ukrayna “Karpatı”sını 3:1 hesabı ilə məğlub edən cənub təmsilçisi növbəti qarşılaşmada Latviyanın “Yurmala” klubu üzərində qələbə qazanıb (2:1). Cənublular üçüncü yoxlama matçında isə Serbiyanın “Rad” komandası ilə 2:2 bərabərə qalıb.
 
Yoxlama oyunu
27 iyul
 
Xəzər Lənkəran – Arsenal – 2:1
 
Start heyətləri:
 
"Xəzər Lənkəran": Orxan, Vanderson, Tyeqo, Skarlatake, Rahid; Elnur Abd., Alfred Sanko, İvanov, Blajevski, Rəşad, Nildo.
Baş məşqçi: Oğuz Çetin
 
"Arsenal" (Tula): Filimonov, Yerşov, Lepski, Osipov, Rıjkov; Kaleşin, Kascelan, İqnatyev, Kuznetsov, Bazanov, Vasilyev; Maloyan.
Baş məşqçi: Dmitri Aleyniçev
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp