Hollandiyadakı təlim-məşq toplanışını yekunlaşdırmaq üzrə olan “Qəbələ”də şok itki yaşanıb. Futbolinfo.az xəbər verir ki, millimizin və “qırmızı-qaralar”ın əsas qapıçısı Kamran Ağayev ciddi zədələnib.
 
Klubdan aldığımız məlumata görə, təcrübəli əlcək sahibi sırağagünkü məşqdə topa hərəkət edən zaman zədə alıb. Ağayevin dizindən aldığı zədə onu bir müddət yaşıl meydanlardan uzaq qalmağa məcbur edəcək.
 
Futbolçu ilə bağlı dəqiq proqnoz isə sabah veriləcək. Kamran Ağayev sabah Bakıda müayinədən keçəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp