Avropa Liqasında uğursuz debütdən sonra təlim-məşq üçün Hollandiyaya yola düşən “Qəbələ” bu ölkədəki hazırlığını başa vurub. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” sabah vətəndə olacaq.
 
Əyalət təmsilçisi  bu gecə saat 03:00-da zanbaqlar ölkəsini tərk edərək, əvvəlcə İstanbula, oradan isə Bakıya üz tutacaqlar. Klub Hollandiyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama matçı keçirdi. Dorinel Muntyanunun yetirmələri  ilk sınaq matçında yerli "Arnem"ə 4:0 hesabıyla qalib gəldi, arından "AZ Alkmaar"a məğlub oldu – 0:2. Türkiyənin "Konyaspor" klubu ilə qarşılaşmada isə 2:0 hesablı qələbə qeydə alındı. Azərbaycan klubu son sınaq matçında “Herenven”ə 0:1 hyesabı ilə məğlub oldu.
 
Maraq üçün bildirək ki, “Qəbələ” yay fasiləsindən istifadə edərək heyətini yerlıi futbolçularla yanaşı, bir sıra əcnəbi topqovanlarla da gücləndirdi. Klubun yay transfer dönəmində heyətinə qatdığı futbolçular bunlardı: Ruslan Əmircanov, Andrey Kristya (Braşov, Rumıniya), Adrian Ropotan (Volqa, Rusiya), Cavid Hüseynov (Bakı), Ruslan Abışov (Rubin, Rusiya, icarə), Pavol Farkaş (Kyevo, İtaliya), Markinyos (Otselul, Rumıniya), Yazalde (Braqa, Portuqaliya, icarə), Aleksandru Benqa (Botev, Bolqarıstan), Ekiqo Ehiosun (Samsunspor, Türkiyə).
 
Qeyd edək ki, klubun baş məşqçisi Dorinel Muntyanu nizam-intizamında problemlər olan Dodonu əvəzedici heyətə göndərib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp