Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmir bundan sonra karyerasını Topaz Premyer Liqasında davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, o, "Simurq"la anlaşıb.
 
Bu barədə futbolçu sosial şəbəkələrdən birindəki rəsmi səhifəsində məlumat yayıb. Gökdəmir 5 ildi şərəfini qoruduğu Almaniyanın "Hannover" klubundakı karyerasının başa çatdığını və Zaqatala təmsilçisi ilə anlaşdığını bəyan edib.
 
Qeyd edək ki, Əli Gökdəmir son mövsümü icarə əsasında Türkiyənin "Elazığspor" klubunda çıxış etmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp