Gürcüstanın "Çixura" klubunun baş məşqçisi Samson Pruidze Avropa Liqasının üçüncü təsnifat mərhələsində rəqibləri olan "Neftçi" barədə danışıb. Futbolinfo.az xəbər verir ki, o, UEFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Neftçi" ilə az-çox tanışıq. Bu rəqibi ancaq tərifləyə bilərəm. Əlbəttə, "Neftçi" "Bursaspor" deyil. Amma bu komandanın da yaxşı yerli oyunçuları, legionerləri var. Biz artıq Avropanın ortabab klublarına qarşı oynaya bildiyimizi göstərmişik. Əgər bəxt bizim tərəfimizdə olsa, istənilən rəqiblə qarşılaşa bilərik".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp