Hər il ənənəvi olaraq Almaniyada təşkil olunan "Telekom Cup" turniri yekunlaşıb. Futbolinfo.az xəbər verir ki, qalib adını "Bavariya" qazanıb.
 
Həlledici qarşılaşmada "Volfsburq"la üz-üzə gələn Münhen klubu 3:0 hesablı qələbə qazanıb.
 
Turnirdə üçüncü pillənin sahibi Münhenqladbax "Borussiya"sını 1:0 hesabı ilə məğlub edən "Hamburq" olub.
 
Xatırladaq ki, "Telekom Cup" 2009-cu ildən təşkil olunur.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp