"Liverpul" hər məsələdə razılığa gəldiyi Luis Reminin transferini təxirə salıb. Futbolinfo.az xəbər verir ki, KPR-lə anlaşma pozulub. buna səbəb fransız forvardın tibbi müayinədən keçərkən problem çıxmasıdı.
 
Qeyd edək ki, Mersisaydlar London klubu ilə 8,5 milyon funt sterlinqə razılıq əldə etmişdi. Transferin yaxın saatlarda rəsmən açıqlanacağı gözlənilsə də, keçid alınmayıb. Remi ilə bağlı ikinci haldı. 2010-cu ildə Marsel "Olimpik”ində oynayarkən də onun ürəyi ilə bağlı problem yaşanmışdı. Ancaq həmin vaxt həkimlər bunun onun oynamağına mane olmadığını bildirmişdilər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp