“Arsenal” daha bir transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, "Nitsa"nın qolkiperi David Ospina “topçular”ın düşərgəsinə yollanaraq rəsmi sözləşməyə qol çəkib. Bu haqda xəbəri London klubunun rəsmi saytı yayıb.
 
Dəqiq açıqlanmasa da, kolumbiyalı qapıçının yeni klubuyla uzunmüddətli müqavilə imzalayadığı bildirilir.
 
Ospina DÇ-2014-dəki uğurlu çıxışıyla diqqətləri üzərinə çəkmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp