Topaz Premyer Liqasında 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" Türkiyənin Kartepe bölgəsindəki təlim-məşq toplanışını yekunlaşdırır. Futbolinfo.az xəbər verir ki, “kimyaçılar” sabah vətənə qayıdır.
 
Komandanın baş məşqçisi Aqil Məmmədov yetirmələrinə iki gün istirahət verdikdən sonra yenidən bir araya yığacaq. Klubdan aldığımız məlumata görə, hazırda “gənclər şəhəri” təmsilçisinin heyətində zədəli futbolçu yoxdu. Buna görə də Məmmədov komandasını tam heyətlə çempionatın ilk turunda “Qarabağ”la oyuna hazırlaşdıra biləcək.
 
Maraq üçün bildirək ki, sumqayıtlılar sox yoxlama matçında əvvəllər "Nebitçi" kimi tanınan, indi isə "Balkan" adlandırılan Türkmənistan təmsilçisi ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. Buna qədər isə Aqil Məmmədovun yetirmələri "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib, Batumi "Dinamo"su ilə 2:2 hesablı heç-heçə ilə ayrılıb və sonuncu yoxlama oyunundan "Altın Asır"la sülh bağlayıb (2:2).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp