FİFA-nın prezidenti Yozef Blatter gələcəkdə dünya çempionatlarının reqlamentində dəyişikliklərin nəzərdə tutulmadığını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Braziliyadakı mundialın səviyyəsinin yüksək olduğunu bəyan edərək, turnirin formatında dəyişikliyə zərurət duyulmadığını söyləyib:
 
"Dünya çempionatının iştirakçılarının sayında da yanılmamışıq. Əlbəttə, bəzi konfederasiyalar kvotaların dəyişdirilməsi məsələsinə yenidən baxılmasını istəyirlər. Ancaq bu, doğru yol deyil. Əgər siz ideal məhsul istehsal edirsinizsə, onun reformaya ehtiyacı yoxdu. Mundialda 40 komanda? Yox, 32 milli – bu maksimal həddi".
Shares: