“Neftçi” – “Çixura” matçını izləmək üçün Bakıya gələn “Bursaspor”un baş məşqçisi Şenol Günəşin əsas məqsədi bəlli olub. Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki qarşılaşmanı izləyəcək 62 yaşlı mütəxəssis, həm də bəzi oyunçuların çıxışını izləyəcək.
 
Mənbədə qeyd olunur ki, Günəş oyun zamanı təmsilçimiz “Neftçi”nin bəzi futbolçularını diqqət mərkəzində saxlayacaq və onlarla bağlı qeydlər götürəcək. Türkiyəli çalışdırıcının əsasən yarımmüdafiəçi və sol cinah oyunçusu axtardığı deyilir. O, bunun üçün ölkəmizdən birbaşa Fransaya da gedəcək və bəyəndiyi futbolçuların transfer edilməsi üçün rəhbərliyə siyahı təqdim edəcək.
Shares: