Türkiyə millisinin sabiq üzvü Tuncay Şanlının yeni iş yeri müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını Qətərdə davam etdirəcək.
 
“Fənərbaxça”dakı oyunu ilə parlayan, daha sonra İngiltərə və Almaniyada legioner həyatı yaşayan oyunçu “Ümm Salal” klubu ilə anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb. Hələlik müqavilənin maliyyə tərəfləri açıqlanmır.
 
Qeyd edək ki, Şanlı son olaraq “Bursaspor”un formasını geyib.
Shares: