Rusiya millisi azı DÇ-2018-ə qədər baş məşqçi Fabio Kapello ilə yollarını ayırmayacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis şəxsən açıqlama verib:
“DÇ-2014-də məqsədim qrupdan çıxmaq idi. Mən 1/4 final barədə danışmamışam. Biz dünya çempionatına gözlənilməz nəticə göstərə biləcək komanda kimi getmişdik. Əgər mən buradayamsa, deməli, yığmadakı işimi davam etdirirəm. Müqaviləm bitənə qədər işimin başında olacam. Bu artıq həll edilib. Mənə həm Rusiya Futbol İttifaqı, həm də İdman Nazirliyi etibar edir. Əgər mənə etibar etməsələr, istefaya gedəcəyəm. Narahat olmayın”.
Qeyd edək ki, Kapellonun Rusiya yığması ilə müqaviləsi 2018-ci ilə qədər qüvvədədi.